Villa bağışlanan azərbaycanlı müğənni DANIŞDI: “Səhnədə 5000 manatı...” - ÖZƏL

Villa bağışlanan azərbaycanlı müğənni DANIŞDI: “Səhnədə 5000 manatı...” - ÖZƏL

Hazırda oxunan: Villa bağışlanan azərbaycanlı müğənni DANIŞDI: “Səhnədə 5000 manatı...” - ÖZƏL

78637

“Yazırlar ki, güya villanı mənə sevgilim bağışlayıb. Amma bu həqiqət deyil. Malikanəni həyat yoldaşımın çox yaxın dostu hədiyyə edib. O məşhur iranlı iş adamıdır. Villa üç mərtəbədən ibarətdir. Amma hələ ki ora köçməmişik”.  

Bu sözləri tanınmış müğənni Dəniz Firudinli Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı müğənniyə səhnədə 5 min manat verdilər - VİDEO 


Son günlər aldığı bahalı hədiyyələrlə gündəmə gələn ifaçı bir neçə gün əvvəl məclislərin birində ona hədiyyə olunan 5000 manatdan da söz açıb:  

“Səhnədə çıxış edirdim. Səhnənin önünə hədiyyə gəldi. Bu, pul hədiyyəsi idi. Səhnədə saydıq, 5000 manat idi. Gözlənilmədən oldu. Heç bilmirəm kimdən gəldi bu pul hədiyyəsi. Amma çox sevindim. Ümumiyyətlə, mənə o qədər hədiyyələr gəlir ki, amma çox zaman qəbul etmirəm. 5000 manat pulu isə sənətimə, mahnılarıma xərcləyəcəm”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO