Bu günədək 700-dən çox uşaqdan topuq testi götürülüb 

Bu günədək 700-dən çox uşaqdan topuq testi götürülüb 

Hazırda oxunan: Bu günədək 700-dən çox uşaqdan topuq testi götürülüb 

78571

Yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 2022-ci ilin may ayından etibarən dövlət tibb müəssisələrində aparılan neonatal skrininq müayinələr nəticəsində heç bir körpədə xəstəlik aşkarlanmayıb. Müayinələrə bu günədək 700-dən çox uşaq cəlb olunub. 

Bu barədə Bizim.Media-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən xəbər verilib. 

Qeyd edək ki, tibbi ədəbiyyatda “topuq testi” adlandırılan bu müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ildən icrasına başlanılan “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib. 

Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir.

İnstitutun laboratoriyasında nümunələr üzrə 5 irsi xəstəliyin aşkarlanması mümkündür. Bura fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenetal sindromu və hipotireoz xəstəlikləri aiddir. 
Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda irsi xəstəliklərin aşkarlanması üçün laboratoriyada istifadə edilən xüsusi reaktiv və reagentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təchiz edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO