Ötən il təhsil müəssisələrindəki ölüm halı STATİSTİKASI 

Ötən il təhsil müəssisələrindəki ölüm halı STATİSTİKASI 

Hazırda oxunan: Ötən il təhsil müəssisələrindəki ölüm halı STATİSTİKASI 

78566

2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. 

Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub. 

Ötən il həmçinin 5610 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, 732 nəfər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına, 1483 nəfər digər təhsil müəssisəsinə köçürülməyə görə xaric edilib. 
Eyni zamanda 2021-ci ildə akademik borca görə təhsil müəssisələrindən xaric edilənlərin sayı 321 nəfər olub. Ötən il tələblərin 98-i təkrar kursda saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO