"Məzun məktəb proqramının 42–73%-ni mənimsəmir" – DİM 

Hazırda oxunan: "Məzun məktəb proqramının 42–73%-ni mənimsəmir" – DİM 

78554

Ötən il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent 12" jurnalında qeyd edilib. 

Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 50.83, riyaziyyatdan 32.10, ingilis dilindən 43.53%-nə, II mərhələdə ana dilindən 51.42, ədəbiyyatdan 55.39, riyaziyyatdan 26.58, fizikadan 32.67, kimyadan 35.11, biologiyadan 49.44, tarixdən 40.32, coğrafiyadan 30.59%-inə düzgün cavab verib. 

Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 56.87, riyaziyyatdan 34.25, ingilis dilindən 57.93%-nə, II mərhələdə ana dilindən 51.80, ədəbiyyatdan 53.46, riyaziyyatdan 27.86, fizikadan 32.30, kimyadan 35.49, biologiyadan 42.03, tarixdən 33.64, coğrafiyadan 28.06%-inə düzgün cavablandırıb. 

Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib. 

"Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 42–73%-ni mənimsəmir.
Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır", - DİM-in jurnalında vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO