Gəncədə

Gəncədə "Opel" dəmir arakəsməyə çırpıldı - Sürücü ağır yaralandı

Hazırda oxunan: Gəncədə "Opel" dəmir arakəsməyə çırpıldı - Sürücü ağır yaralandı

78491

Gəncədə ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bakı istiqamətində çıxışında qeydə alınıb. 

Hərəkətdə olan "Opel" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. 

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO