''YAŞAT''a  SMS-lə ianə etmək imkanı yaradıldı

''YAŞAT''a  SMS-lə ianə etmək imkanı yaradıldı

Hazırda oxunan: ''YAŞAT''a  SMS-lə ianə etmək imkanı yaradıldı

7842

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb.

Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.

"ASAN xidmət"dən Bizim.Media-ya verilən məlumata görə, SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir.

Uğurlu ödəniş edildikdə - "Hörmətli abunəçi, siz “YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə etmək üçün zəhmət olmasa balansınızı artırın!" 

Balansda kifayət qədər məbləğ olmadıqda - "Hörmətli abunəçi, balansınızda kifayət qədər məbləğ yoxdur. “YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edir!" - cavabı gəlir. 

Sistemdə təkmilləşdirmə işləri aparıldıqda və ya problem olduqda – "Hörmətli abunəçi, sistemdə təkmilləşdirmə isləri aparıldığından “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur". 

Düzgün ödəniş məbləği seçilmədikdə - "Hörmətli abunəçi, göndərdiyiniz kod yanlışdır. “YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seçməklə ödəniş edə bilərsiniz!" cavabı gəlir. 

Korporativ abunəçi olduqda – "Hörmətli abunəçi, siz korporativ abonent olduğunuzdan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etməyiniz tövsiyə olunur!" yazılır.

Bununla yanaşı, “YAŞAT” Fonduna onlayn formatda “ASAN Ödəniş” vasitəsilə dəstək olmaq şəraiti yaradılıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “YAŞAT” Fondu bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər.

Həmçinin Fonda bank hesabları və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür.

Bank rekvizitləri ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:  //vxsida.az/az/annouces/1493

SMS ianə ilə bağlı daha ətraflı məlumat üçün təlimat videosu: //youtu.be/YN4yCBXMY40

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO