"REAL FM"ə ümumölkə yayımı lisenziyası verilib

Hazırda oxunan: "REAL FM"ə ümumölkə yayımı lisenziyası verilib

78323

"REAL FM" radiosuna ümumölkə yayımı lisenziyası verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının iyunun 6-da keçirilən iclasında qərar qəbul olunub. 

Bildirilib ki, iclasda "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin ümumölkə radio kanalı olan "REAL FM" üçün bölgələrdə radiotezliklərinin ayrılması məsələsi də müzakirə olunub. 

Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin birgə həyata keçirdiyi təhlil və monitorinqlərin nəticəsində "REAL FM"in ümumölkə radio yayımını həyata keçirmək üçün zəruri radiotezliklər müəyyən olunub. 

Şuranın qəbul etdiyi müvafiq qərar ilə ölkə üzrə 8 bölgədə yerləşən radio-televiziya yayım stansiyalarından müvafiq radiotezliklər "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin istifadəsinə ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO