Qarabağ və Şərqi Zəngəzurda TV kanalları yaradılacaq

Qarabağ və Şərqi Zəngəzurda TV kanalları yaradılacaq

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda TV kanalları yaradılacaq

78301

Audiovizual Şura Qarabağ və Şərqi Zəngəzurda yaradılacaq televiziya kanallarına yer ayrılması ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, qərara əsasən radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılıb.

Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);

Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);

Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);

Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);

Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO