“GOLDEN KİDS AWARDS 2022” mükafatlandırma mərasimi keçirildi – FOTO/VİDEO

“GOLDEN KİDS AWARDS 2022” mükafatlandırma mərasimi keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: “GOLDEN KİDS AWARDS 2022” mükafatlandırma mərasimi keçirildi – FOTO/VİDEO

78281

7 iyun 2022-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Könüllülər İctimai Birliyinin (AKİB) təşkilatçılığı ilə sayca dördüncü dəfə “GOLDEN KİDS AWARDS 2022” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə 22 nominasiya üzrə mükafat təqdim edilib.  

Mükafatlandırma mərasimində Milli Məclisin deputatları Könül Nurullayeva, Vüqar İsgəndərov, Müşfiq Cəfərov, Naqif Həmzəyev, “Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı, Azərbaycan Respublikası mədəniyyət nazirliyinin musiqi sektorunun müdiri Vüqar Hümbətov, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, o cümlədən xalq artistləri Tünzalə Ağayeva,Fidan Hacıyeva və Gülnaz İsmayılova o cümlədən sənət nümayəndələri Eldar Qasımov, Leyla Quliyeva, Günel Anarqızı, Ətəri Cəfərova, Rövşən Ağayev və başqaları iştirak edib. 

Qeyd edək ki, AKİB-in Mədəniyyət və İncəsənət Departamenti  tərəfindən 2018-ci ildən bəri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Golden Kids Awards” müsabiqəsi təşkil edilir.

Layihənin məqsədi 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO