“Zəfər” altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib

“Zəfər” altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib

Hazırda oxunan: “Zəfər” altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib

78138

“Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə əlillərinə dair məlumatlar daxil edilir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu altsistemə artıq 200 minədək şəxsə dair məlumatlar daxil edilib.

“Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb.
Bu il müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində də "Zəfər" altsistemi önəmli rol oynayıb.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildi və onlara e-sistem üzərindən proaktiv qaydada təqaüd təyinatları aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO