ABŞ Avropada hansı ölkələri cəzalandırmaq istəyir? – Türkiyəli ekspertin ŞƏRHİ

ABŞ Avropada hansı ölkələri cəzalandırmaq istəyir? – Türkiyəli ekspertin ŞƏRHİ

Hazırda oxunan: ABŞ Avropada hansı ölkələri cəzalandırmaq istəyir? – Türkiyəli ekspertin ŞƏRHİ

78110

“Avropanın aparıcı dövlətləri olan Almaniya və Fransanın Rusiya ilə sıx tarixi və mədəni əlaqələri var. Amma bu ölkələrə ən çox təsir edən məsələ enerji embarqosudur. Rusiya təbii qazının təchizatındakı problemlər həm Almaniyaya, həm də Fransaya mənfi təsir göstərir. Müqavilələrin müddəti başa çatdıqdan sonra sənaye istehsalı əhəmiyyətli dərəcədə azalacaq. Rusiya ilə bu ölkələr arasında yeni müqavilənin bağlanması indiki sanksiyalar çərçivəsində mümkün görünmür”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Avropa Birliyinin Türkiyədən olan eksperti İrfan Kaya söyləyib.

Ekspertin sözlərinə görə  Avropanın aparıcı dövlətləri olan Almaniya və Fransa NATO və Avropa İttifaqı çərçivəsində Rusiyanın hərbi gücünü zəiflətmək üçün əməkdaşlıqdan məmnun olsalar da, enerji ehtiyaclarını təcili olaraq ödəmək məcburiyyətində qalıblar:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya atəşkəslərin pozulması dili ilə nə mesaj verir? - Türkiyəli analitik SİRRİ AÇIQLADI


“ABŞ bu məsələdə Rusiyanın yerini doldurmaq fikrində deyil. Şist qazı və ya LNG (mayeləşdirilmiş təbii qaz) ilə bağlı problemin daimi həllini tapmaq isə mümkün görünmür”.

Ekspertin sözlərinə görə Rusiya təbii qazını əvəz edəcək enerji resursları üç əsas kateqoriyaya bölünür və hər kateqoriyanın özünəməxsus çətinlikləri var. 

1. İran qazı (İrana qarşı sanksiyalar qaldırılmalıdır) 

2. Qətər (Körfəz qazı). Bunun üçün Suriya probleminə həll yolu tapılmalıdır.

3. Türkmənistan və Azərbaycan qazı. Adı çəkilən hər iki ölkənin enerji  marşrutunun aktiv fəaliyyət göstərməsindən dolayı narahatlıqları var. Onlar da bu məsələlərdə Rusiya ilə münaqişələrin olmasını istəmirlər.

Ekspert əlavə edib ki, Ukrayna ilə Rusiya arasında 24 fevral 2022-ci ildə başlayan və 100-cü günü geridə qalan müharibə beynəlxalq siyasi sistemə dərindən təsir etdi.

Bir tərəfdən enerji böhranı, digər tərəfdən qidada yaşanan problemlər və sanksiyaların dünya iqtisadiyyatına mənfi təsirləri Almaniya və Fransada AB daxilində sülh axtarışlarını sürətləndirdi:

“Almaniya iqtisadi cəhətdən demək olar ki,Avropa Birliyinin ən inkişaf etmiş dövlətidir və iqtisadi gücünü qorumaq, neft və qaz tələbatını ödəmək üçün Ukraynanı sülh müqaviləsi imzalamağa səsləyir.
Digər tərəfdən isə Britaniya və ABŞ-ın Ukraynanı sülh müqaviləsi imzalamaqdan çəkindirici davranışları Almaniya və Fransanı öz milli maraqları haqqında düşünməyə təhrik edir. Çünki Rusiya qazından imtina edildiyi təqdirdə Almaniya və Fransa iqtisadiyyatı tənəzzül edəcək. İngilislərə də bu lazımdır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO