Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv oldu

Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv oldu

Hazırda oxunan: Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv oldu

78056

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib. 

Bizim.Media bu barədə İSB-yə istinadən məlumat yayıb. 

Açıqlamada deyilir ki, İSB "Milli Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 

Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir.  

İcbari Sığorta Bürosu bu uğura imza atmaqla, keçici üzv olan Bürolardan tələb olunan təminatın 5 000 000 mnat məbləğinin ölkəmizə geri qaytarılmasına nail olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO