“Rusiya vətəndaşları Ukraynaya vizasız gələ bilməyəcək” - Zelenski AÇIQLADI

“Rusiya vətəndaşları Ukraynaya vizasız gələ bilməyəcək” - Zelenski AÇIQLADI

Hazırda oxunan: “Rusiya vətəndaşları Ukraynaya vizasız gələ bilməyəcək” - Zelenski AÇIQLADI

77962

“Ukraynaya səyahət etmək istəyən Rusiya Federasiyasının vətəndaşları üçün viza rejimi tətbiq edilməlidir”.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.

“Hesab edirəm ki, sizin (jurnalistləri nəzərdə tutur) Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı dedikləriniz yaxşı fikirdir. Düşünürəm ki, bunu ukraynalılar üçün müsbət nəticəyə çatdırmaq üçün kifayət qədər imkanlarım var”, deyə o, qeyd edib.

Xatırladaq ki, Rusiyaya genişmiqyaslı işğalın başlamasından bir gün əvvəl prezident viza rejiminin tətbiqi məsələsinin Rusiya tərəfinin hərəkətlərindən asılı olacağını bildirmişdi.

İşğaldan sonra Ukrayna Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsib. Hazırda Rusiya Federasiyası və Belarusla sərhəddə keçid məntəqələri işləmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO