“AzerGold” ilk dəfə qızıl mədənində rekultivasiya işlərinə başladı

“AzerGold” ilk dəfə qızıl mədənində rekultivasiya işlərinə başladı

Hazırda oxunan: “AzerGold” ilk dəfə qızıl mədənində rekultivasiya işlərinə başladı

77862

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işlərinin icrasına başlanılıb.

Bizim.Media “AzerGold”a istinadən xəbər verir ki, istehsalat, əməliyyat, hasilat və fəaliyyətinin digər istiqamətlərində hər zaman ətraf mühitin mühafizəsi məsələlərini prioritet tutan QSC ilk istismarı tamamlanmış mədənində texniki və bioloji bərpa işlərinə başlanılıb.

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində başlanılan rekultivasiya işləri çərçivəsində “AzerGold” QSC və Cəmiyyətin podratçı şirkətinin ümumilikdə 50 nəfərdən çox əməkdaşının iştirakı ilə sözügedən mədən ərazisində iməcilik aksiyası təşkil edilib. 

Qeyd etmək lazımdır ki, bu ölkənin dağ-mədən sahəsində istismari tamamlanmış qızıl mədəni ərazisi üzrə ilk rekultivasiya layihəsidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO