BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində öldü

BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində öldü

Hazırda oxunan: BDU-nun tələbəsi bədbəxt hadisə nəticəsində öldü

77854

Bakı Dövlət Universitetinin (BDU) 22 yaşlı tələbəsi bədbəxt hadisə nəticəsində vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb. 

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. 

Qeyd edək ki, A.Əliyev Bakı Dövlət Universitetinin SABAH qruplarının IV kurs tələbəsi olub. O, coğrafiya müəllimliyi ixtisasında təhsil alırmış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO