Amerika hüquq-mühafizə orqanlarının məlumatına görə, Vaşinqtondakı etirazlarda xəsarət alan polis zabiti vəfat edib.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, etirazçılarla fiziki təmasda olan Brayan Saknikin daha əvvəl yaralandığı, vəziyyətinin pis olduğu deyilib.
ABŞ polisinin bu günə olan məlumatında isə həmin zabitin öldüyü vurğulanıb.
Xatırladaq ki, Vaşinqtondakı etirazlar Baydenin prezident seçilməsinə etiraz əlaməti olaraq baş verib. Tram tərəfdarı olan etirazçılar arasında da ölüm halı qeydə alınıb.
Bizim.Media