Şəmkirdə REYD: 40-dan çox sürücü cərimələndi

Şəmkirdə REYD: 40-dan çox sürücü cərimələndi

Hazırda oxunan: Şəmkirdə REYD: 40-dan çox sürücü cərimələndi

77770

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktiki tədbirlər həyata keçirir.

Bizim.Media-nın yerli burosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, təhlükəsizlik kəmərindən istifadə, konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlanması ilə bağlı keçirilən monitorinq zamanı 3 nəfərin sürücülük hüququ olmadan avtomobil idarə etməsi aşkar edilib.

Görülən qanuna müvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib.

Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib.

Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən 40-a yaxın avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara bilməyib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO