Dünya Ticarət Təşkilatında bir ilk: Türkiyənin adı “Türkiye” olaraq istifadə edildi

Dünya Ticarət Təşkilatında bir ilk: Türkiyənin adı “Türkiye” olaraq istifadə edildi

Hazırda oxunan: Dünya Ticarət Təşkilatında bir ilk: Türkiyənin adı “Türkiye” olaraq istifadə edildi

77763

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatında (ÜTT) ilk dəfə Türkiyənin adı "Türkey" əvəzinə "Türkiye" olaraq istifadə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “yenisafak.com” saytında yer alıb.

Nəşr yazır ki, bu, ÜTT-nin 12-ci Nazirlər Konfransı (MC12) ərəfəsində keçirilən sessiyada baş verib.

Sessiyada Türkiyənin ÜTT-dəki daimi nümayəndəsi səfir Alparslan Açarsoy da iştirak edib.

Mənbə xatırladır ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) xarici dillərdə "Türkey" kimi istifadə edilən ölkənin adını "Türkiye" kimi dəyişdirib.

Bununla bağlı informasiyanı ilk dəfə xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO