Müğənninin həyat yoldaşı:

Müğənninin həyat yoldaşı: "Baldızımın bağçasında tərbiyəçi işləyirəm" - FOTO/VİDEO

Hazırda oxunan: Müğənninin həyat yoldaşı: "Baldızımın bağçasında tərbiyəçi işləyirəm" - FOTO/VİDEO

77729

"Bağçada çalışıram. Orada həm tərbiyəçi, həm də idarəçiyəm. Bütün işlərimi də çatdırıram. Ona görə də ailədə heç bir narazıçılıqlar olmur".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlovun həyat yoldaşı ilə bir yerdə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Sənətçinin həyat yoldaşı çalışdığı baxçanın baldızına məxsus olduğunu açıqlayıb.

"Bu işə çox həvəsliyəm. Ona görə də mənə bağçada çalışmaq xoşdur. Çalışdığım baxça baldızıma məxsusdur. Şəxsi bağçadır və 16 ildir fəaliyyət göstərir".

Verilişdə qonaq olan müğənnin anası Səadət xanım isə gəlininin işləməsinin vacib olduğunu vurğulayıb:

"Mən məcbur etmişəm ki, gəlinim Xanım getsin işləsin. Onun ali təhsili var. Ona əlimdən gələn köməkliyi edirəm".

Qeyd edək ki, Emil və Xanımın iki qızı var. Sənətçinin həyat yoldaşı Xalq artisti Firuz Əliyevin qızıdır.

Rəşad Əliyev, Bizim.Media

 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO