Göygöldə mikroavtobus minik avtomobili ilə TOQQUŞDU – XƏSARƏT alan var

Göygöldə mikroavtobus minik avtomobili ilə TOQQUŞDU – XƏSARƏT alan var

Hazırda oxunan: Göygöldə mikroavtobus minik avtomobili ilə TOQQUŞDU – XƏSARƏT alan var

77720

Gəncə-Göygöl yolunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yolun Göygöl rayonuna gedən istiqamətində Ford Tranzit markalı sərnişin daşıyan mikroavtobus hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinə dəyib.

Nəticədə “VAZ 2106”nın sürücüsü idarəetməni itirib və arakəsməyə çırpılıb.

Hadisə zamanı minik avtomobilinə ciddi zərər dəyib, sürücüsü isə xəsarət alıb. Şahidlərin sözlərinə görə, hadisəyə səbəb yol kənarında otarılan heyvanlardan birinin qəfil yola çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO