Mingəçevirdə partlayış nəticəsində evləri dağılan ailələr İcra Hakimiyyətinə gedərək evlərinin bərpa olunmasını istəyiblər.
Beş ay öncə şəhərin Günəşli fərdi yaşayış massivindəki 12-ci küçədə qaz sızması nəticəsində evlərdən birində baş vermiş güclü partlayış həmin evin tamamən dağılmasına, 17 evin isə müxtəlif ölçülərdə dağıntılara məruz qalması ilə nəticələnmişdi.
Bizim.Media xəbər verir ki, massiv sakinlərinin deməsinə görə ötən müddət ərzində zərər görmüş evlərdə heç bir bərpa işi aparılmayıb.
Vaxtaşırı aidiyyati qurumlara müraciət edən zərərçəkən ailələr nəticə əldə etmədikləri üçün Mingəçevir İcra Hakimiyyətinə gedərək etirazlarını çatdırıblar.
MÖVZU İLƏ BAĞLI:
Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI – Qəsəbə sakinləri bu dəfə NAZİRLİYƏ üz TUTDU
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova bildirib ki, şəhər İcra Hakimiyyəti olaraq biz duruma nəzarət edib insanların problemlərinin tez bir zamanda həllində maraqlıyıq və buna çalışırıq:
“Amma hər şey bizdən asılı deyil. Partlayışla bağlı istintaq işləri yekunlaşmayıb, yaxud belə desək onun ilkin nəticələri Respublika Prokurorluğu tərəfindən tam dolğun olaraq qəbul edilmədiyindən istintaqın daha geniş çapda davam etdirilməsi məqsədəuyğun hesab edilib. Həm prokurorluq, həm də Fövqaladə Hallat Nazirliyi məsələ ilə bağlı araşdırmalarını davam etdirir. Yalnız yekun nəticə və Məhkəmə qərarı təqsirkarın müəyyən etdikdən sonra bir qənaətə gəlmək mümükün olacaq”.
Müavin bildirib ki, buna qədər isə şəhər rəhbərliyi elə hadisə baş verən gündən etibarən zəruri addımlar atıb. Ən az zərər görən, yaxud belə demək mümkünsə evində yaşaması mümkün ola biləcə evlərə təcili pəncərələr qoyulub, qapı və çərçivələr şəhər rəhbərliyinim imkanları ilə bərpa olunub.
Partlayış baş veən evin qonşuluğunda yerləşən və ən çox zərər görən 2 evin sakinləri Kür oteldə müvəqqəti sığınacaq təklif olunub. Təəssüf ki, onlat bundan imtina edərək kirayə pulları istəyirlər. Bu cür imkanlarımız olmadığı üçün onlara da istintaqın yekunlarını gözləməyi məsləhət bilmişik”.
Qeyd edək ki, etirzçıların istəyini nəzərə alan şəhər İcra Hakimiyyəti başçsı İlham İsmayılov Fövqaladə Hallar Nazirliyi rəhbərləri ilə bağlı vəziyyətə dair növbəti müzakirələr aparıb və Prezident Administrasiyasından araşdırmaların sürətləndirilməsinə nəzarətin gücləndirilməsini xahiş edib.
Xatırladaq ki, hadisə beş ay əvvəl Mingəçevirin Günəşli fərdi yaşayış massivində baş verib. Hadisə nəticəsində bir ev tam dağılıb,17 ev xəsarət görüb, yanıq xəsarətləri alan 2 nəfərfdən biri xəstəxanada keçinib.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu