Pərvin Abıyeva bacısından danışdı:

Pərvin Abıyeva bacısından danışdı: "Beşinci mərtəbədən aşağı düşdü, sağ qaldı” - VİDEO 

Hazırda oxunan: Pərvin Abıyeva bacısından danışdı: "Beşinci mərtəbədən aşağı düşdü, sağ qaldı” - VİDEO 

77557

“Böyük bacım Nərmin xəstə uşaq olub. Sudurqaları olurdu. Ölümdən dönüb. Beşinci mərtəbədən ikinci mərtəbəyə düşüb, amma sağ qalıb, ölməyib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda söyləyib.  

Aktrisa kosmetoloq bacısı Nərminin uşaq vaxtı tez-tez xəstələndiyini bildirərək, valideyinlərindən yetərincə qayğı almadığını dilə gətirib:
 

“Uşaqlıqda hər yaşında valideyinlərim ona qurban kəsirdilər ki, ölmədi, bu il də yaşadı. Bu səbəbdən valideyinlərim mənə qarşı laqeyid olublar. O da anlaşılan bir şeydir. Çünki Nərmin evdə ağır uşaq olub.


Mən isə hər zaman sağlam, dağa-daşa dırmaşan, bir sözlə qız yox oğlan kimi böyümüşəm. Bu səbəbdən uşaqlıq şəkillərim yoxdur. Qolumdakı bu yanıq isə bir yaşımda olub. Kiçik yaşlarımdan heç bir şəklim yoxdur. Hərdən deyirəm ki, bəlkə məni körpələr evindən götürüblər. Niyə mənim şəklim yoxdur? Uşaqlıq şəkillərim yoxdur deyə, mənə o illəri xatırladır. Bacım məndən bir yaş böyükdür. İndi səhhəti də yerindədir. Bacım kosmetoloqdur. Valideyinlərimə qarşı kinim-incikliyim yoxdur. Mən də onların yerinə olsaydım belə bir addım atardım”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO