“Azərbaycan ən keyfiyyətli vaksinləri alacaq və pulsuz vurulacaq”  - Musa Quliyev

“Azərbaycan ən keyfiyyətli vaksinləri alacaq və pulsuz vurulacaq”  - Musa Quliyev

Hazırda oxunan: “Azərbaycan ən keyfiyyətli vaksinləri alacaq və pulsuz vurulacaq”  - Musa Quliyev

7744

“Böyük ehtimalla Azərbaycan koronavirus peyvəndini Çindən alacaq. Bu, Operativ Qərargahın səlahiyyətinə aid olan məsələdir. Düşünürəm ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.

Bunu Bizim.Media-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

"Onun sözlərinə görə, 4 milyona yaxın peyvənd dövlət hesabına alınacaq və pulsuz şəkildə peyvəndləmə prosesinə başlanılacaq”.

Milli Məclisin üzvü peyvəndlərin alınması üçün alternativ variantların olduğunu da bildirib:

“Özəl sektora şərait yaradılacaq ki, onlar da başqa vaksinləri gətirsinlər. Könüllülük əsasında kim istəyərsə, peyvənd olunacaq. Özəl təşkilatlar Dünya Səhiyyə Təşkilatının qeydiyyata alıdığı vaksinləri də ala bilərlər. Vaksin bir dərman vasitəsidir. Ümumi qaydada qeydiyyatdan keçəcək. Müraciət edən vətəndaşlara öz hesablarına vurulacaq”.

Musa Quliyev vurğulayıb ki, dövlət hesabına alınan vaksin gözüyumulu alınmayıb, bütün göstəriciləri araşdırılıb: “Bizim alacağımız vaksin dünyada ən keyfiyyyətlidir”.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO