Dövlət hər zaman müharibə iştirakçılarının və şəhid ailələrinin yanındadır.
“Cənab Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ”Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə dəyişiklik edilərək, icra hakimiyyəti strukturlarında, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılacaq. Bununla müharibə iştirakçıları və şəhid ailələri işlə təmin olacaqlar. Cənab Prezidentin imzaladığı fərman göstərir ki, dövlət hər zaman müharibə iştirakçılarının və şəhid ailələrinin yanındadır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması haqqında fərmanını şərh edərkən deyib.
Milli Məclis üzvünün sözlərinə görə, icra strukturunda yeni şöbələrin yaradılması əhalinin bu həssas qrupunun problemlərinin çevik həllinə şərait yaradacaq:
“Tezliklə, bu şöbələrin necə fəaliyyət göstərəcəyi barədə xüsusi təlimatlar olacaq. Bununla da bütün şəhər və rayonlarda yaşayan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri dövlətin nəzarətində olacaq. Yeni fərman bu kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılması məqsədi güdür”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanına əsasən, Bakı şəhəri və paytaxtın 12 rayonu, eləcə də Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naxçıvan və Naftalan şəhər icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:30 / 07.01.2021
“Prezidentin yeni fərmanı problemlərin çevik həllinə şərait yaradacaq” – Millət vəkili
Hazırda oxunan: “Prezidentin yeni fərmanı problemlərin çevik həllinə şərait yaradacaq” – Millət vəkili
Hazırda oxunan: “Prezidentin yeni fərmanı problemlərin çevik həllinə şərait yaradacaq” – Millət vəkili
7742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.