Cennifer dırnağına Benin adını yazdırdı - 10 milyonluq üzüyü ortaya çıxdı - FOTO 

Cennifer dırnağına Benin adını yazdırdı - 10 milyonluq üzüyü ortaya çıxdı - FOTO 

Hazırda oxunan: Cennifer dırnağına Benin adını yazdırdı - 10 milyonluq üzüyü ortaya çıxdı - FOTO 

77344

Dünya şöhrətli pop ulduz Cennifer Lopez manikürü ilə təəccübləndirib.  

Bizim.Media xəbər verir ki, 52 yaşlı sənətçi sevgilisi 49 yaşlı Hollivud aktyoru Ben Afflekin baş hərflərini dırnağının üzərinə yazdırıb.  

Məşhur manikür ustası Tom Baçik isə bu anı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Peşəkar manikür ustası Cey Lonun sağ əlinin dırnağının üzərinə “J - B” hərfləri və ürək stikerini həkk edib.
Onun sosial şəbəkə hesabında paylaşdığı diqqət çəkən Cenniferin 10 milyon dollar (təxminən 17 milyon manat) dəyərində 8,5 karatlıq nadir yaşıl brilyantla dəbdəbəli nişan üzüyü olub.

Aşiqlərin toy planlaşdırması faktı bu ilin aprelində məlum olub. Daha sonra müğənni Afflekin ona hansı şəraitdə evlilik təklifi etdiyi barədə açıq danışıb.

Qeyd edək ki, Cennifer ilk dəfə Benə sevgisini sentimental manikür və ya mənası olan zinət əşyaları vasitəsilə nümayiş etdirmir. Belə ki, pop ulduz daha əvvəl aktyorun adının ilk hərfini kulonlu boyunbağı kimi taxırdı.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO