Sərnişinlərə ŞAD XƏBƏR - Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda gediş haqqı AZALDILACAQ - RƏSMİ

Sərnişinlərə ŞAD XƏBƏR - Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda gediş haqqı AZALDILACAQ - RƏSMİ

Hazırda oxunan: Sərnişinlərə ŞAD XƏBƏR - Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda gediş haqqı AZALDILACAQ - RƏSMİ

77199

Bakıətrafı qəsəbələrə işləyən avtobuslar kart sisteminə keçdikdən sonra  gediş haqqında dəyişiklik olacaq. Qəsəbələrarası məsafə nəzərə alınaraq belə bir addımın atılması planlaşdırılır. Məsələn gediş haqqı 40 qəpik olan avtobuslarda 0,35 qəpik, gediş haqqı 50 qəpik olan avtobuslarda isə 0,45 qəpik dəyişiklik edilələcəyi gözlənilir. 

Bu barədə məlumatı Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu marşrut üzrə gediş haqqı azaldıldı


Onun sözlərinə görə ətraf qəsəbələrə işləyən marşurut xəttləri kart sisteminə keçdikcə, ortaq gediş haqqı müəyyənləşəcək:

“Bilirsiz ki, Hövsan- Əhmədli istiqaməti üzrə hərəkət edən 132 nömrəli müntəzəm marşrut xəttində də gediş haqqı dəyişdirildi. Hazırda marşrut üzrə gediş haqqı 0,40 manat təşkil edir. Sabahdan kart siteminə keçən bu marşurutda isə gediş haqqı 0,35 manat təşkil edəcək. Daşıyıcıların və sərnişinlərin marağı nəzərə alınaraq belə bir addım atılıb. Həmin marşurutdan istifadə edən 80 faiz sərnişin əsasən 40 qəpik gediş haqqı ödəyirdi. Qəsəbə içində hərəkət zamanı isə 30 qəpik ödəyirdilər. Ortaq məbləğ əsas götürüb, gediş haqqı 35 qəpik müəyyənləşdi. Kart sisteminə keçəcək olan növbəti marşurutlarda da belə bir dəyişiklik ediləcək”. 

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

Xatırladaq ki, 2018-ci ildə Tarif Şurası Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik etdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO