Ruhani:

Ruhani: "Tramp ölkəsinə və dünyaya ziyan vurub"

Hazırda oxunan: Ruhani: "Tramp ölkəsinə və dünyaya ziyan vurub"

7715

İran Prezidenti Həsən Ruhani Vaşinqtondakı qarşıdurmaya münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, o, İran dövlət kanalına açıqlama verərək bildirib ki, qərb ölkələrində demokratiya zəifdir:

“Dünən və bu gün ABŞ-da gördüklərimiz Qərb demokratiyasının nə qədər zəif, uğursuz və güclü bir təməldən məhrum olduğunu göstərdi. Bu ölkələrdə elm və texnologiyanın inkişafına baxmayaraq, populizmin olduğunu gördük”.

Ruhani hadisələri təhrik etməkdə Trampı günahlandırıb. Onun sözlərinə görə, Tramp  vəzifə müddətində ölkəsinə və dünyaya böyük ziyan vurub:

“Bir populist insanın 4 il ərzində ölkəsinə nələr gətirdiyini, ölkəsinin şərəfini tapdaladığını və bu şəxsin bölgəmizə nə etdiyini gördük”.

O, “İki həftə sonra Ağ Evdə vəzifəyə başlayanlar bu zərəri kompensasiya etməli və Amerika xalqını böyük bir millət olaraq həqiqi mövqeyinə qaytarmalıdırlar. Onlar (Bayden administrasiyası -red.) beynəlxalq cəmiyyətin sahib olmalı olduğu şərtlərə, yəni səbəb və qanuna qayıtmalıdırlar”,- deyə açıqlamasında vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO