Bloger Bağdasaryan: “Seyran Ohanyan ermənilər üçün ləkədir”

Bloger Bağdasaryan: “Seyran Ohanyan ermənilər üçün ləkədir”

Hazırda oxunan: Bloger Bağdasaryan: “Seyran Ohanyan ermənilər üçün ləkədir”

76945

Tanınmış erməni bloger Roman Bağdasaryan Ermənistanın keçmiş müdafiə naziri, Robert Köçəryanın “Ermənistan” fraksiyasının rəhbəri, hərbi cinayətkar Seyran Ohanyanı yalançı adlandırıb.

Bizim.Media xəbər verir ki, bloger bununla bağlı özünün Telegram kanalında yazı dərc edib.

Bağdasaryanın fikrincə, Ohanyan “erməni xalqının ləkəsi”dir.

“Dünən Seyran Ohanyanın yazısını oxudum. Bu adam patoloji yalançıdır. Hələ 90-cı illərdə bizi savadsız qohumları ilə Ermənistanı və Qarabağı talayan qarabağlı generallar kimi həmişə yalan danışıb. Seyran Ohanyan və onun bütün əlaltıları xalqımız üçün ləkədir”, – Bağdasaryan yazıb.
Xatırladaq ki, sabiq müdafiə naziri Ohanyan Facebook səhifəsində anti-Paşinyan müxalifətinin etirazlarını dağıdan erməni polislərini təhqir edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO