Rusiya Cənubi Osetiyadakı referendumu niyə dayandırdı? – Zərdüşt Əlizadənin ŞƏRHİ

Rusiya Cənubi Osetiyadakı referendumu niyə dayandırdı? – Zərdüşt Əlizadənin ŞƏRHİ

Hazırda oxunan: Rusiya Cənubi Osetiyadakı referendumu niyə dayandırdı? – Zərdüşt Əlizadənin ŞƏRHİ

76941

Cənubi Osetiyadakı separatçı rejimin “prezidenti” Alan Qaqloyev sələfi Anatoli Bibilovun “respublikanın” Rusiyaya birləşməklə bağlı təyin etdiyi “referendumu” keçirməkdən imtina edib. O, həmin “referendumun” təyin edilməsilə bağlı fərmanı dayandırıb. 

O, öz fərmanında Rusiyanın qanuni hüquq və mənafeyinə toxunan məsələlər üzrə “referendumun” birtərəfli qərarının qəbuledilməzliyini qeyd edib. 

Qeyd edək ki, sözügedən “referendum” iyulun 17-nə təyin edilmişdi. 

Görəsən, nədən Cənubi Osetiyadakı separatçı rejim sözügedən “referendum”u keçirməkdən imtina edib? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə bildirir ki, qondarma rejimi geri addım atmağa Kreml vadar edib:
 

MÖVZU İLƏ BAĞLI:

Cənubi Osetiya geri addım atdı: Rusiyaya birləşmək istəmir


“Cənubi Osetiyadakı separatçı rejim belə bir qərarı vermək gücündə deyil. Bu qərarı Rusiya Prezidenti Aparatında Cənubi Osetiya məsələsilə məşğul olan məmurlar verir. Ona da yuxarıdan bildiriblər ki, hazırkı vəziyyətdə həmin “referendum”un keçirilməsi Rusiya xeyir gətirməyəcək. Ona görə də saxlayıblar”. 

Həmsöhbətimizin fikrincə, Moskva sağ sahil ukraynasının ilhaqı barədə qərar versə, növbəti mərhələdə Cənubi Osetiya barədə də anoloji addım atacaq:

“İndi Kreml əsasən işğal olunmuş Ukrayna ərazilərinin ilhaqı ilə məşğuldur. Rusiya Dnepr çayından sağ sahildə yerləşən Ukranya ərazilərini ilhaq etməklə bağlı qərar versə, yəqin ki, paralel olaraq Cənubi Osetiyanın da ilhaqı barədə qərar çıxaracaq. Bu da əsasən asılıdır Rusiya ilə Qərb arasındakı münasibətlərdən. Qərb Rusiyanı qıcıqlandırmamağa çalışdığı kimi, Rusiya da onu qıcıqlandırmaq istəmir. Lazım gəlsə, həyasızlığa yuvarlanaraq bu istiqmaətdə qərar da qəbul edəcəklər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO