Avropa İttifaqı Rusiyanın əsas bankını SWIFT-dən ayırdı

Avropa İttifaqı Rusiyanın əsas bankını SWIFT-dən ayırdı

Hazırda oxunan: Avropa İttifaqı Rusiyanın əsas bankını SWIFT-dən ayırdı

76899

Aİ ölkələrinin liderləri fövqəladə sammitdə Rusiya neftinin limanlar vasitəsilə idxalına embarqo qoyulması və Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT sistemindən ayrılması barədə razılığa gəliblər. 

Bizim.Media xəbər verir ki, bu barədə bazar ertəsi Aİ sammitinin ilk iclasından sonra Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın daha üç dövlət media qurumunun öz ərazisində fəaliyyətini qadağan edəcək.

BBC qeyd edir ki, dəniz limanları vasitəsilə idxal Rusiyanın Aİ ölkələrinə satdığı neft və neft məhsullarının üçdə ikisini təşkil edir. Qalan üçdə biri neft kəmərindən keçir.

Sanksiyaların altıncı raundunun təşəbbüskarı olan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bazar ertəsi bildirib ki, Avropa İttifaqı ilin sonuna qədər Rusiyadan neft idxalının 90%-dən imtina edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO