Bizim.Media-ya daxil olan məlumata görə, gənc ictimai fəal Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Nazir müavinin vəzifədən azad edilməsi təsdiqlənmədi - ÖZƏL
Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev 2016-cı ildən 2020-ci ilə - yəni nazir vəzifəsinə təyin edilənə qədər bu nazirliyin tabeliyində olan Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.
O, Təhsil naziri təyin olunduqdan sonra bu vəzifə boş qalmışdı.
Rüfət Əzizov Lomonosov adına MDU-nun, o cümlədən Oxford Universiteti, ADA, Maastrich, Cornell, George Washington Universitetlərinin müxtəlif proqramlarının məzunudur.
Bp, Unimetal, Prometal şirkətləri, o cümlədən Lomonosov adına Moskva Dövlət Universiteti və Bakı Ali Neft Məktəbində iş təcrübəsi var.
Bizim.Media