Ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğləri Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bildirilir ki, sığortaolunanın özü haqqında məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:10 / 27.05.2022
Sosial sığorta haqqının məbləği bu qaydada qeydə alınacaq
Hazırda oxunan: Sosial sığorta haqqının məbləği bu qaydada qeydə alınacaq
Hazırda oxunan: Sosial sığorta haqqının məbləği bu qaydada qeydə alınacaq
76459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.