Yağış bu rayonlarda içməli su problemi yaratdı - MƏHDUDİYYƏTLƏR OLACAQ

Yağış bu rayonlarda içməli su problemi yaratdı - MƏHDUDİYYƏTLƏR OLACAQ

Hazırda oxunan: Yağış bu rayonlarda içməli su problemi yaratdı - MƏHDUDİYYƏTLƏR OLACAQ

76359

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

Bizim.Media "Azərsu" ASC-yə istinadən xəbər verir ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO