Politoloq radikal müxalifətə səsləndi: “Qərbə güvənib yarımçıq qalmısız”

Politoloq radikal müxalifətə səsləndi: “Qərbə güvənib yarımçıq qalmısız”

Hazırda oxunan: Politoloq radikal müxalifətə səsləndi: “Qərbə güvənib yarımçıq qalmısız”

76350

“Qərbpərəst siyasət yürüdən Azərbaycan müxalifəti birdəfəlik anlamalıdır ki, Qərbin bütün siyasəti özlərinin maraq sərhədlərinə qədərdir, ondan sonra hər kəsi yarıda buraxırlar”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycanda radikal müxalifətin öz xalqına deyil, Qərbin dəstəyinə bel bağlamasına münasibət bildirərkən deyib: 

“Qərb dünyası da riyakardır. Fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə şərait yaradan məhz Qərb dünyasıdır.

Kiyev də ancaq çarəsizliyi ucbatından bu gün Qərbə möhtacdır. Amma kimsə Qərbə yönəlik hansısa böyük siyasət yürütmək istəyirsə, böyük yanlışlığa yol verir. Çünki istənilən an həmin ölkə yarıda və köməksiz buraxıla bilər. Yəni geosiyasi və geoiqtisadi maraqları harda dur desə, riyakar Qərb orada da duracaq. Eyni şeyi Qarabağda ermənilərin yaşadığı ərazilərdə də görürük.

Rusiya kimi Qərb də riyakardır. Qərb də öz marağına uyğun olaraq hər zaman alınıb satılır.

Ona görə Azərbaycandakı müxalifətçilər Qərbə yönəlik siyasət yürüdürsə, birdəfəlik anlamalıdırlar ki, Qərbin bütün siyasəti özlərinin maraq sərhədlərinə qədərdir. Bu maraq təmin olunandan sonra, onlar rahatlıqla istənilən siyasi qüvvə və dövləti gözardı edə bilirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO