Azərbaycan üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirmə prosesinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sabah Mərkəzi Seçki Komissiyasında (MSK) geniş tədbir keçiriləcək.
Tədbirin ardınca isə MSK-nın iclası baş tutacaq.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.
Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 26.05.2022
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşdı
Hazırda oxunan: Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşdı
Hazırda oxunan: Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşdı
76321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.