Çinin gizli sənədləri üzə çıxdı - ABŞ-a qarşı təhlükəsiz zona...

Çinin gizli sənədləri üzə çıxdı - ABŞ-a qarşı təhlükəsiz zona...

Hazırda oxunan: Çinin gizli sənədləri üzə çıxdı - ABŞ-a qarşı təhlükəsiz zona...

76309

Qərb dövlətləri Çinin Sakit okeanın cənubunda təhlükəsizlik və iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək planlarının sızdırılmasından təşvişə düşüb. Bölgədəki 10 ada dövlətinin Pekinə birləşdirilməsi cəhdi Qərbi qorxuya salıb.  

Bizim.Media “dgh.digital”a istinadən xəbər verir ki, Fransa mərkəzli AFP xəbər agentliyi Çinin hazırladığı saziş layihəsi və beşillik planla bağlı sənədləri ələ keçirib.  

Bildirilib ki, sənədlər Çinə ada ölkələri ilə razılığa gələcəyi təqdirdə, Cənubi Sakit okeanında ABŞ-la müqayisədə daha böyük və əhəmiyyətli maraq sahəsi təmin edəcək. Bu, Çinə ABŞ-a qarşı təhlükəsiz zona yaratmaq üçün geniş yer verəcək.  

Çinin xarici işlər naziri Vanq Yinin bu gün Solomon adalarına səfəri də bu planın tərkib hissəsi kimi qiymətləndirilir.  

Pekin 8 ölkəni əhatə edən yüksək səviyyəli Sakit okean turu təşkil edib. Turda Çinin razılaşacağı ada dövlətlərinə təqdim ediləcək paketə milyonlarla dollar yardım, Çin və Sakit okean adaları arasında azad ticarət müqavilələri və ölkənin 1,4 milyardlıq nəhəng bazarının ada ölkələrinə təqdim edilməsi daxildir.  

Avstraliyanın Baş naziri Entoni Albanese məsələ ilə bağlı açıqlama verərək “Avstraliya İkinci Dünya Müharibəsindən bəri regionun təhlükəsizlik tərəfdaşıdır. Lakin Çin bu gedişlərlə bölgədəki təsirini artırmağa çalışır” – deyə qeyd edib.  

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern də ABŞ səfərindən sonra Çinin addımları ilə bağlı fikir bildirib:  

"Cənubi Sakit Okeanın Çinin təhlükəsizlik qaydalarına ehtiyacı yoxdur. Sakit okean regionunda hər hansı potensial təhlükəsizlik probleminə cavab vermək imkanımız var. Yeni Zelandiya üzərinə düşəni etməyə hazırdır".  
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays sözügedən ölkələrə Çinlə “qaranlıq” sövdələşmələrdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO