Qubada qaya parçalarının bağladığı yol belə təmizləndi - VİDEO

Qubada qaya parçalarının bağladığı yol belə təmizləndi - VİDEO

Hazırda oxunan: Qubada qaya parçalarının bağladığı yol belə təmizləndi - VİDEO

76179

Bu gün səhər saatlarında bağlanan Quba-Xınalıq yolu açılıb.

Qubanın icra başçısının müavini, rayonun Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov Bizim.Media-ya bildirib ki, iri qaya parçalarının yola sürüşməsi nəticəsində 5 yaşayış məntəqəsinə - Xınalıq, Cek, Əlik, Qaleyxudat və Haput kəndlərinə gedən yol artıq nəqliyyat vasitələri üçün açıqdır.

Qeyd edək ki, icra başçısı Ziyəddin Əliyev FHK -nın üzvləri ilə birgə  hadisə yerində olub təcili tədbirlərin görülməsini tapşırmışdı.

Hadisə yerinə Quba 5 saylı Yol İstismar İdarəsinin işçi qüvvəsi və xüsusi texnikasə cəlb edilib

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO