Pol Qobl - “Ermənilərin məqsədi Zəngəzur dəhlizini bloklamaqdır”

Pol Qobl - “Ermənilərin məqsədi Zəngəzur dəhlizini bloklamaqdır”

Hazırda oxunan: Pol Qobl - “Ermənilərin məqsədi Zəngəzur dəhlizini bloklamaqdır”

7617

Bizim.Media məlumat verir ki, bu gün Pol Qobl Rusiya-Ermənistan münasibətləri və bu münasibətlərin Zəngəzur dəhlizinin açılması prosesinə təsirləri haqqında məqalə yayımlayıb.

Müəllif öz blog hesabında yayımladığı məqaləsində Rusiya yönümlü erməni siyasətçilərin Ermənistana Rusiya-Belarus ittifaqına daxil olmaq üçün təzyiq göstərdiklərini qeyd edir.

Xatırladaq ki, Dağlıq Qarabağla bağlı sülh danışıqlarında da iştirak etmiş Pol Qobl, ABŞ administrasiyasının Sovet İttifaqı üzrə keçmiş müşaviri olub.
 



Pol Qobl öz məqaləsində erməni siyasətçi Artaşes Geqamyanın 4 yanvar tarixli açıqlamasına istinad edib və onun Ermənistanın Rusiya-Belarus İttifaqına daxil olması ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.


Geqamyan açıqlamasında Ermənistanın ancaq Rusiya-Belarus ittifaqına daxil olarsa, Naxçıvan və Azərbaycan arasında qalan torpaqları itirməkdən xilas olacağını qeyd edib. Ermənistanın “tək xilas yolu” adlandırdığı yeni layihənin zəruriliyini qeyd edən Geqamyan, öz fikirlərini bir neçə səbəblə əsaslandırmağa çalışıb.

Geqamyanın fikrincə, Türkiyənin davamlı olaraq “bir millət, iki dövlət” ifadəsindən istifadə etməsi olduqca narahatlıq doğurur və bu ifadə Avstriyanı “ilhaq” (Anşlüss) etmək istəyən Hitlerin üslubunu xatırladır. Türkiyənin regionda Rusiya və İranı zəiflətmək istəyən İsrail, ABŞ və İngiltərə ilə münasibətlərinə də diqqət çəkən Geqamyan, Türkiyənin bu ölkələrin yardımı ilə bölgədə sabitliyi pozacağından narahatdır.

Geqamyanın qeyd etdiyi digər səbəb isə Ermənistanın müharibədən məğlub ayrılması ilə bağlıdır. Belə ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı şəxsi heyət və texnika baxımından ciddi itkilərə məruz qalıb. Bu itkilər nəticəsində Dağlıq Qarabağı 80%-ni itirən Ermənistan daha çox ərazilərini itirməklə üz-üzədir. Digər tərəfdən Ermənistan iqtisadi olaraq Rusiyadan asılıdır. Geqamyan məğlub bir dövlətin iqtisadi olaraq dirçəldilməsi yolunu Rusiya ilə daha yaxın münasibətlər qurulmasında gördüyünü də əlavə edib.

Pol Qobl indiki anda Ermənistanda Geqamyanın təklifinin xoş qarşılanmadığına, ancaq irəlidə bu şəraitin dəyişə biləcəyinə diqqət çəkir. Müəllifin fikrincə, ermənilərin əksəriyyəti cəbhədəki məğlubiyyətə görə Rusiyanı günahkar hesab edir. Onlar Rusiyanın Azərbaycana mane olmalı və müharibənin gedişində onu dayandırmalı olduğunu düşünür. Amma Rusiya Azərbaycanın hərəkətlərinə göz yumdu. Belə bir şəraitdə Geqamyanın təklifinin erməni cəmiyyətində xoş qarşılanacağını düşünmək çətindir. Ancaq daha uzun perspektivdə şərtlər dəyişə bilər, - deyə müəllif qeyd edir.
 



Hazırda Rusiya mümkün qədər Xankəndi ətrafından qaçan erməniləri geri gətirməyə çalışır. Ermənilər zamanla Xankəndi ətrafına qaytarılacaq və vəziyyətin sabitləşdiyini, bəzi bölgələrdə hələ də öz mövcudluqlarını qoruyub saxladıqlarını görəcəklər. Bu, onlarda Rusiyaya qarşı xoş münasibət və heç də tam məğlub olmadıqları inancını oyadacaq. Belə olacağı təqdirdə isə ermənilər razılaşmanın digər hissələrinə, o cümlədən Zəngəzurdan açılacaq dəhliz məsələsinə fokuslanacaqlar. 


Ermənilərin bu yanaşmasının dəhlizin açılması üçün bəzi bürokratik gecikmələrə səbəb ola biləcəyini qeyd edən Pol Qobl, uzun perspektivdə Azərbaycan və Naxçıvan arasında dəhlizin açılması işinin ermənilər tərəfindən bloklana biləcəyini də qeyd edib. Müəllif Minks qrupunun əsas fəaliyyətinin Dağlıq Qarabağın statusu ilə bağlı olduğu düşünüldüyündə Ermənistan-Azərbaycan münaqişəsinin növbəti fazasının Zəngəzur dəhlizi üzərində ola biləcəyini də istisna etmir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO