Tanınmış ulduzu Rusiyaya buraxmadılar

Tanınmış ulduzu Rusiyaya buraxmadılar

Hazırda oxunan: Tanınmış ulduzu Rusiyaya buraxmadılar

76156

Rusiyanın pop ulduzu Nərgiz Zakirova Rusiyaya buraxılmayıb.  

Bizim.Media xəbər verir ki, ötən gecə müğənni Daşkənddən Moskvaya uçub. 

Lakin sənədlərlə bağlı problemlərə görə (red. sənətçinin Amerika vətəndaşlığı da var) o, Domodedovo hava limanında saxlanılıb.  

N.Zakirovaya ölkəyə giriş qadağan edilib. O, hava limanında gecələyib, sonra Özbəkistana qayıdıb.  

Səhər isə müğənni artıq hovuz kənarında fotolarını pərəstişkarları ilə paylaşıb. Qeyd edək ki, sənətçi Rusiyayla Ukrayna arasında baş verən hadisələrlə bağlı tənqidi fikirlər səsləndirmişdi. O, Kremlin Ukraynaya hücumunu pisləmişdi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO