Azərbaycanda televiziya və radioda çalışanların sayı açıqlandı

Azərbaycanda televiziya və radioda çalışanların sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda televiziya və radioda çalışanların sayı açıqlandı

76064

Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-ci il üçün audiovizual industriya bazarının illik qısa analizində qeyd olunub.

Bildirilib ki, onlardan 4011 nəfər televiziya, 363 nəfər isə radio sahəsində məşğuldur.

Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər, Dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir.

2021-ci il ərzində yayımçıların xərclərinin ən iri istiqamətləri aşağıdakılar olub:

Əməkhaqqı fondu - 49.500.000 manat; Yayım xərcləri - 13.300.000 manat; Yerli kontent xərcləri - 6.700.000 manat; Xarici lisenziyalı kontent xərcləri - 4.200.000 manat.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO