ABŞ-da ATIŞMA: 20 nəfər ölüb, 18-i uşaqdır - BAYRAQLAR ENDİRİLDİ

ABŞ-da ATIŞMA: 20 nəfər ölüb, 18-i uşaqdır - BAYRAQLAR ENDİRİLDİ

Hazırda oxunan: ABŞ-da ATIŞMA: 20 nəfər ölüb, 18-i uşaqdır - BAYRAQLAR ENDİRİLDİ

76035

Texas ştatının senatoru Yuvalde şəhərindəki ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 20 nəfərin həlak olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bundan əvvəl şəhər polis idarəsinin nümayəndəsi Pit Arredondo hadisəni törətmiş şəxsin polislər tərəfindən zərərsizləşdirildiyini etiraf edib.

Daha əvvəl Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib.

ABŞ Prezidenti Co Bayden hadisə qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binalarının qarşısında bayraqların endirilməsi barədə sərəncam verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO