Xüsusi əhəmiyyətli dövlət qurumlarının əsasnamələri 10 aydır ki, təsdiqlənmir. Söhbət ötən ilin martında prezident İlham Əliyevin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti və onun əsasında yaradılan 3 yeni qurumdan gedir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət agentliyinin əsasnamələri və strukturu təsdiqlənməyib.
Hansı ki, fərmanla bu, 2 ay müddətində həll edilməliydi:
“Fərman Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında olduqca vacib bir sahə ilə əlaqəlidir.
Konkret sahələr üzrə cavabdeh dövlət qurumlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələdir. Qurumlar ləğv edilən XDMX Əsasnaməsi əsasında fəaliyyət göstərirlər.
Cari ilin dövlət büdcəsində yeni yaradılan dövlət qurumları üçün büdcə də nəzərdə tutulub. Amma yeni qurumlar, yeni strukturlar hələlik ortada yoxdur”.
Osman Gündüz qeyd edib ki, Prezident fərmanı əsasında 2018-ci ildə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasına rəhbərlik də ləğv edilən XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə olunub:
“Dövlət Agentliyinin rəhbəri general Mürsəl Vəliyevdir. Prezidentin yuxarıda adı çəkilən fərmanı ilə XDMX Agentliyinin əsasında müstəqil Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb. Koordinasiya Komissiyası "İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya" (2019-2024-cü illər) hazırlamalıydı. Bir ildir ki hazır olduğu bildirilən bu Strategiyadan da indiyədək xəbər yoxdur”.
Forum rəsmisi onu da əlavə edib ki, Vətən Müharibəsi zamanı müşahidə olundu ki, dövlət sektorunda informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində, dövlət resurslarının dayanıqlığında və koordinasiya məsələlərində müəyyən problemlər var.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:17 / 06.01.2021
Bu qurumların strukturu niyə təsdiqlənmir?
Hazırda oxunan: Bu qurumların strukturu niyə təsdiqlənmir?
Hazırda oxunan: Bu qurumların strukturu niyə təsdiqlənmir?
7561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.