Bu tarixdən ərzaq fəlakəti başlayacaq - “The Economist” nəşrindən XƏBƏRDARLIQ 

Bu tarixdən ərzaq fəlakəti başlayacaq - “The Economist” nəşrindən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Bu tarixdən ərzaq fəlakəti başlayacaq - “The Economist” nəşrindən XƏBƏRDARLIQ 

75484

“The Economist” jurnalının yeni üz qabığı cəmiyyətə dəhşətli mesajını ötürüb.

Jurnalın üz qabığında Ukrayna-Rusiya müharibəsindən sonra gözlənilən ərzaq böhranından bəhs edən buğda sünbülləri yer alıb.

Qeyd edək ki, sözügedən jurnal iqtisadi və siyası proqnozları ilə çox məşhurdur. Jurnalın üz qabığında buğda sünbülləri “kəllə”lər kimi təsvir olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Unun qiyməti yenə qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ


“Ərzaq fəlakəti yaxınlaşır”

Bizim.Media “Go Intelligence” təhlil şirkətinə istinadən bildirir ki, dünya ehtiyatlarında 10 həftəlik buğda qalıb. Bu 2008-ci il krizindən də aşağı həddir.

İqtisadçı ekspert Fərid Mehralızadə bildirir ki, “The Economist” jurnalı iqtisadi analizləri ilə məşhur olan saytdır.

Bu jurnalın iqtisadi trendləri əvvəlcədən bilməkləri konsprilogiya deyil:

“Burada nəsə qeyri-adi heç nə yoxdu. Ona görə ki, onların proqnozların düz çıxması yüksək səviyyədə iqtisadi araşdırmalarla məşğul olmalarından irəli gəlir. Yenilik, təəccüblü heç nə yoxdu. 2020-ci ilin əvvəlindən etibarən dünyada qida ilə bağlı ciddi çağırışlar var. Problemin bu qədər dərin olmasının səbəbi odur ki, problemin bir yox, bir neçə kökü var”.

Ekspert qeyd edib ki, pandemiya zamanından təchizat zəncirində problemlər yaranıb, bəzi məhsullar ölkələrdən ölkələrə daşına bilməyib:

“Daşınsa da, daşınma xərcləri o qədər artmışdı ki, daşınma xərclərinin yüksək olduğuna görə maya dəyəri də yüksəlirdi. Digər bir səbəb iqlim dəyişkənliyi fəsadlarının artıq özünü göstərməsidir. Bir çox ölkədə quraqlıq, su çatışmamazlığı məhsuldarlığı aşağı salır. Sonuncu səbəb də Rusiya-Ukrayna müharibəsi qida zəncirinə ciddi zərbə vurub. Hər iki ölkə dünya kənd təsərrüfatı üzrə vacib yer tutur. Xüsusilə, bəzi strateji məhsullar, buğda, şəkər, yağ... Bunların qiyməti çox yüksəlib. Hətta BMT-nin Kənd Təsərrüfatı Təşkilatının hesabatları olur və görünür ki, dünyada son 30 ilin ən yüksək qiymət artımları qeydə alınır”.

Ekspert məlumat verir ki, bir çox ölkələrdə inflyasiya rekordları qırılıb. Şri-Lanka dövləti defolt (müflis) olduğunu elan edib.

“Biz əvvəllər qiymətlərin bahalaşma təhlükəsindən danışırdıqsa, artıq qida təhlükəsizliyi özü ayrıca problemdir, nəinki qiymətin yüksəlməsi. Çünki bir sıra ölkələr bu yaranmış vəziyyətlə bağlı ixraca məhdudiyyətlər qoyur.
Məsələn, Hindistan taxıl ixracına məhdudiyyət tətbiq edib. Buğda bazarı ən azı neft bazarı qədər vacibdir. Yoxsul ölkələri ciddi çağırışlar gözləyir. Kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə vəziyyət yaxşdır ki, ya onların geniş əraziləri, ya da geniş resursları, ya da yüksək texnologiyaları var. Qarşıdakı illərdə qlobal iqtisadiyyat üzrə ən çox müzakirə olunacaq mövzulardan biri qida çatışmazlığı və qiymət artımıdır”.

Mia Quliyeva, Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO