Mingəçevirdəki çal-çağırın SƏBƏBİ – Şəhər elitası niyə toplaşdı? 

Mingəçevirdəki çal-çağırın SƏBƏBİ – Şəhər elitası niyə toplaşdı? 

Hazırda oxunan: Mingəçevirdəki çal-çağırın SƏBƏBİ – Şəhər elitası niyə toplaşdı? 

75455

Mingəçevirdə Şuşa ili çərçivəsidə ilin ilk və böyük tədbiri keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan silsilə tədbirlərdə şəhər rəhbərliyi, Bərdə Regional Mədəniyyət İdarəsinin təmsilçiləri və çox syda qonaqlar iştirak edib.

İştirakçılara ulu öndər Heydər Əliyevin Şuşa sevgisindən bəhs edən sənədli film nümayiş olunub.

Sonra Koroğlu üverrurası, xorun vətənpərvər musiqi parçaları təqdim olunub.

Qarabağ mədəni irsindən, həmçinin Azərbaycan xalqının böyük qayıdışından bəhs edən rəsm və kitab sərgiləri keçirilib. Şuşa ili çərçivəsində həyata keçirilən bayram tədbiri uşaq musiqi məktəbi kollektivlərinin təqdim etdiyi bədii proqramla başa çatıb.

Bizim.Media-nın yerli bürosuna açıqlama verən Bərdə Regioanal Mədıniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova qeyd edib ki, bu kimi tədbirlər Qarabağın tarixi  mədəni  zəngin irsinin təbliğ və təşviq olunmasına  xidmət edir. Xüsusilə də gənclər arasında vətənpərlik əhval-ruhiyəsinin yaşadılması üçün vacib elementdir.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO