Çimərliklərdə monitorinqlərə başlanıldı 

Çimərliklərdə monitorinqlərə başlanıldı 

Hazırda oxunan: Çimərliklərdə monitorinqlərə başlanıldı 

75387

“Hər il olduğu kimi biz bu il də aidiyyəti qurumlarla birgə may ayının 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə start vermişik”. 

Bizim.Media xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib. 

O bildirib ki, bu monitorinqlər təkcə çimərlik mövsümündə və ya çimərlik mövsümünə qədər aparılmır: 

“İl ərzində bu monitorinqlər aparılır. Yay aylarına yaxın isə biz monitorinqlərin sayını artırırıq. Mövsümə qədər çalışırıq ki, hansı çimərliklərin əhalinin istifadəsinə daha yararlı olduğunu müəyyənləşdirək. Təxminən iyun ayının əvvəlinə yaxın müddətdə monitorinqin nəticələrini ictimaiyyətə çatdırmağı planlaşdırırıq”. 

O qeyd edib ki, monitorinqlər iki qurum tərəfindən aparılır:

“Həmin çimərlik ərazilərində dəniz suyu nümunələri götürülür və Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq müəyyənləşdiririk ki, hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmə var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO