Azərbaycanda bələdiyyə məktəbi yaratmaq mümkündürmü? – Ekspertin CAVABI

Azərbaycanda bələdiyyə məktəbi yaratmaq mümkündürmü? – Ekspertin CAVABI

Hazırda oxunan: Azərbaycanda bələdiyyə məktəbi yaratmaq mümkündürmü? – Ekspertin CAVABI

75368

Dünyanın əksər ölkələrində bələdiyyə məktəbləri, bələdiyyə bağçaları, bələdiyyə avtobusları və s. təşkilatlar mövcuddur. Bu cür müəssisələrin varlığı cəmiyyətdə müəyyən rifah və sosial rahatlıq yaradır. 

Bəs Azərbaycanda necə, bələdiyyə məktəbləri yaratmaq mümkündürmü?

Məsələ ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, baxmayaraq Azərbaycanda 23 ildir ki, bələdiyyə institutu mövcuddur, bu istiqamətdə addım atmaq mümkün olmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

“23 ildir ki, bələdiyyələrin fəaliyyətinin effekti yoxdur” - Fazil Mustafa


“Problem bələdiyyələrin maliyyə zəifliyi və səlahiyyət məsələsindən doğur”.

Ekspertin sözlərinə görə, ölkədə mövcud olan mərkəzləşmiş təhsil sistemi də prosesi gerçəkləşdirməyə mane olur:

“Azərbaycanda mərkəzləşmiş təhsil sistemi mövcuddur. İkinci bir tərəfdən, məktəb maliyyə deməkdir. Azərbaycan bələdiyyələrinin isə məktəb saxlamağa maddi imkanları yoxdur. Ona görə də bu istiqamətdə addım atılması üçün ilk növbədə bələdiyyələrin maliyyə imkanları və səlahiyyətləri genişləndirilməlidir. Ondan sonra bələdiyyə məktəblərinin, onların təsisçisi olduğu müəssisələrin yaradılması da mümkün olacaq. Azərbaycanda büdcədən təhsil xərcləri mərkəzləşdirilmiş qaydada ayrıldığından bələdiyyələrin hansısa bir formada bu xərcləri qarşılaması mümkün deyil.
 

Ortalama hər şagirdə büdcədən 1200-1300 manata yaxın vəsait xərclənir. Azərbaycan bələdiyyələri isə indiki imkanları ilə bunu qarşılamaq gücündə deyil. İndiki sistemdə bu mümkünsüzdür”. 


N. Cəfərli düşünür ki, böyük şəhər bələdiyyəsinin yaradılması ilə bələdiyyə məktəbləri məsələsi də öz həllini tapacaq:

“Böyük şəhər bələdiyyəsi yaradılsa, özünüidarə qurumlarının statusunun dəyişməsi və topladığı vəsaitlərin həcminin artması ilə bələdiyyə məktəblərinin yaradılması yolunda da addım atılacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO