Bakıda evləri qarət edərək 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədova hökm oxunub.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə C.Süleymanov 9 il, Ə.Əhmədov isə 8 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, zərərçəkmişlərə dəymiş 196 min manat mülki iddia təmin edilib.
İttihama görə, onlar Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
İstintaqla müəyyən edilib ki, C.Süleymanov və Ə.Əhmədov paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla çoxmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluq ediblər.
Bizim.Media