"Nə? Harada? Nə zaman?" televiziya yarışmasının iştirakçısı, azərbaycanlı jurnalist Rövşən Əsgərov Rusiyanı tərk etməsinin səbəblərinə aydınlıq gətirib.
Bizim.Media “Starhit” nəşrinə istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilmiş R.Əsgərov Rusiyaya qayıtmaq fikrində olmadığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Rövşən Əsgərovu axtarışa verdi - FOTO
R.Əsgərov hazırda Azərbaycanda yaşadığını və uzun müddət burada qalmaq niyyətində olduğunu qeyd edib.
“Qarşıma çıxan ilk çamadanımı götürüb gəldim. Bütün əşyalarımı belə götürmədim, dostlarım sonradan onları mənə göndərdi. Bu, qaçış idi, bəli. Nasizmin reabilitasiyası mövzusu mənim üçün xəstə və sağalmazdır. Ayrılmaqla doğru addım atdım. Əvvəllər vətəndaşlar tərəfindən də rastlaşdığım problemlər var idi ki, bunlar mənə Rusiyada uzun müddət yaşamağın mümkün olmadığını göstərdi”, - deyə Əsgərov vurğulayıb.
Həmyerlimiz bununla yanaşı, “Nə? Harada? Nə zaman”ın bir çox oyunçusunun da Rusiyanı tərk etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, hər kəsin ölkəni tərk etmək səbəbi eyni olub – siyasi baxışları.
Xatırladaq ki, aprelin 27-də Rusiya İstintaq Komitəsi tərəfindənR.Əsgərova qarşı “Nasizmin reabilitasiyası haqqında” cinayət işi açılıb.
İstintaq Komitəsinin bəyanatında "Əsgərovun sosial şəbəkə hesabından Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumat yayması" cinayət işi üçün əsas kimi götərilib.
Bizim.Media