Şahbaz Quliyevlə Əvəz Zeynallının ittihamına Qənirə Paşayevadan ÖZƏL AÇIQLAMA

Şahbaz Quliyevlə Əvəz Zeynallının ittihamına Qənirə Paşayevadan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Şahbaz Quliyevlə Əvəz Zeynallının ittihamına Qənirə Paşayevadan ÖZƏL AÇIQLAMA

75230

Uzun müddət erməni girovluğunda qalan Şahbaz Quliyev yerli mediaya müsahibəsində sensasion açıqlamalar verib. Açıqlamalarından birində isə millət vəkili Qənirə Paşayevanı işlə bağlı müraciətinə görə ona kömək etməməkdə ittiham edib.

Hələ də işsiz və sosial durumunun çətinliyindən gileylənən Şahbaz Quliyev bununla bağlı müraciət etdiyi aidiyyəti qurumlardan da reaksiya görmədiyini dilə gətirib və son ümidi olan xanım deputatın da vədinə əməl etmədiyindən gileylənib.

Şahbaz Quliyevin açıqlamasının ardınca Xural TV-nin aparıcısı Əvəz Zeynallıdan da Qənirə Paşayevaya sərt reaksiya və ittihamlar gəlib. Jurnalistin sözlərinə görə deputat ümumiyyətlə ona müraciət edən qazilərə, döyüşçülərə, jurnalistlərə, redaktorlara, bir sözlə köməyə ehtiyacı olan şəxslərə heç bir yardım göstərməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şahbaz Quliyevlə bağlı Agentlikdən RƏSMİ AÇIQLAMA: "Ayda 180 manat alır"


Məsələ ilə bağlı Bizim.Media-ya eksklüziv açıqlama verən Qənirə Paşayevanın onu ittiham edən Şahbaz Quliyevə və Əvəz Zeynallıya cavabı bu olub:

“Şahbaz Quliyevlə telefonda danışmamışam.

Onu şəxsən Milli Məclisin Mədəniyyət komitəsindəki otaqda qəbul etmişəm. Mənə məsələlərini danışıb. Ayrı hansı problemləri var, deyə bilmərəm.
 

Şahbaz bəyin yanında da qurumlara, xüsusilə, işlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm və bunu özü də bilir.


Səhv etmirəmsə, Şahbaz bəyin elə o qurumla işlə bağlı ünsiyyəti də olub.

Özüm də bu məsələni araşdırcağam. Şahbaz bəylə həm görüşüb, həm də telefonda danışmışamsa, onunla bağlı müraciəti aidiyyəti quruma etmişəmsə, daha nə olmalıdır? Axı ona heç vaxt rədd cavabı verilməyib. Bilirsiniz ki, Milli Məclisin iş vermək kimi bir səlahiyyəti yoxdur. Onun problemləri Milli Məclislə bağlı deyil”.

Deputat qeyd edib ki, Şahbaz Quliyev ona təkrar dönüş etməyib:
 

“Əgər qəbuldan sonra hansısa məsələ baş veribsə, mənə təkrar dönüş etməli idi. Bu isə olmayıb.


Halbuki biz onu yüksək səviyyədə qəbul etmişik və ona qarşı bütün diqqətləri əsirgəmmişik.

Şahbaz bəyin öz dairəsinin millət vəkili olmasam da, onu şəxsən dinləmişəm. İstədiyi şey olmayıbsa, bununla bağlı deyəcəyim söz yoxdur. Amma işlə bağlı kiməsə söz verə bilmərik. Buna bizim səlahiyyətimiz yoxdur.

Biz sadəcə qurumlara müraciət etməklə bağlı söz verə bilərik. Kimsə o qurumlardan istədiyi cavabı ala bilmirsə, bu, bizim sorumluluğumuz deyil. Hər kəsin bir səlahiyyətinin həddi var. Yenə də hansısa başqa məsələsi varsa, buyursun, biz onun da əsasında müraciətlər edərik”.

Azərbaycanın istənilən yerindən daxil olan bütün müraciətləri qəbul etdiyini vurğulayan Qənirə Paşayeva bu barədə iradlarla barışmayıb:

“Nədəsə bizi ittiham etmək doğru deyil və buna qiyməti elə vətəndaşlarımızın özü versin. Siz Milli Məclisə zəng edib ay və il ərzində bizə nə qədər məktub gəlməsi barədə statistikanı götürə bilərsiz. Elə bir hal olmayıb ki, bizə edilən müraciətləri müvafiq qurumlara göndərməyək.

Yazdığımız məktubların bir nüsxəsi mütləq həmin ailələrə gedib. Biz heç bir quruma “bu vətəndaşın istədiyini mütləq verin” deyə bilmərik. Səlahiyyətim çərçivəsində gücüm nəyə çatıbsa, etməyə çalışmışam. Üzərimizdə böyük bir komitə var. Daha çox mədəniyyət sahəsinin insanlarının məsələsini diqqətdə saxlamalıyıq.

Həm də öz dairəm var. Amma bunların yanında heç vaxt müraciət edən nə qazinin, nə şəhid ailəsinin, nə də başqa şəxslərin məktubunu geri çevirmişik. Elə insanlar var ki, onunla bağlı 3 dəfə müraciət etmişik. Şahbaz bəy də Azərbaycanın bir vətəndaşı olaraq  gücümüz nəyə çatırsa, etməyə hazırıq”.
Əvəz Zeynallının Qənirə Paşayevanı ittiham etməsi məsələsinə gəlincə isə, deputat bununla bağlı konkret fakt göstərilməsini tələb edib:

“Konkret hal varsa, mənə göndərilsin. Hər şey rəsmi gedir və bu məktubların hamısının bir nüsxəsi də bizdə qalır. Tam məsuliyyətimlə deyirəm, həyatda belə bir şey ola bilməz. Hansısa narazı qazi və ya vətəndaş varsa, elə sizin yanınızda onu qəbul da edə, dinləyə də bilərəm. Amma onların şikayətinə baxan qurum müraciətimiz əsasında vətəndaşa cavab göndərməyibsə, bunun məsuliyyəti bizdə deyil”, - deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO