QMİ sədrindən

QMİ sədrindən "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliyə MÜNASİBƏT 

Hazırda oxunan: QMİ sədrindən "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliyə MÜNASİBƏT 

75181

"Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinin attestasiyasının keçirilməsi prosesinə müəyyən qədər öz töhfəsini verəcək". 

Bizim.Media xəbər verir ki, bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. 

Onun sözlərinə görə, attestasiyada tanınmış din xadimləri iştirak edəcəklər:

"Əgər imtahan verənlər layiq olsalar, öz biliklərini nümayiş etdirərək attestasiyadan keçə biləcəklər". 

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərə əsasən, din xadimlərinin attestasiyasının keçirilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətinə verilib. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO